Haqqımızda

«Panda Kids» şirkəti Siz və sizin 0-dan 15 yaşa qədər uşaqlarınız üçün geniş mal çeşidi təqdim edir. Assortimentə paltar, ayaqqabı, uşaq arabaları, çarpayılar, avtomobil üçün uşaq oturacaqları, oyuncaqlar, yeni doğulmuşlar üçün zərflər, xəstəxanadan çıxarmaq üçün lazım olan hər şey və bir çox digər mallar daxildir. «Panda Kids» orijinal dizayn, xoş və rahat atmosfer yaradan ticarət məkanının təşkil edilməsi ilə fərqlənir.

«Panda Kids»-n ilk mağazasının açılışı Bakı şəhəri, 8-ci mikrorayonda 2011-ci ilin oktyabr ayında olmuşdur. Geniş seçim imkanı və diqqətcil, gülərüz əməkdaşlar sayəsində mağaza çox qısa bir müddət ərzində valideynlər və onların uşaqlarının sevgisini qazanmışdır. Müştərilərimizin istəklərini nəzərə alaraq 2013-cü ilin yanvar ayında Q.Qarayev metro stansiyasının çıxışında ikinci mağazamızın açılışı olmuşdur. İkinci mağazada da uğurlarımız təkrar edilmiş və o, müştərilərimiz tərəfindən səmimiyyətlə qarşılanmışdır. Bunun nəticəsində «Panda Kids» N.Nərimanov metro stansiyasının çıxışında «Panda Kids»-in ən böyük mağazasının açılması barədə qərar qəbul etmişdir. Bu mağazada «Panda Kids» şəbəkəsində ilk dəfə uşaqlar üçün zərgərlik məmulatlarının unikal kolleksiyasını toplandığı «Panda Kids Jewellery» zərgərlik şöbəsi, eləcə də alıcıların İtaliya və İspaniyanın məşhur brendlərini tapa biləcəkləri «VİP» şöbə fəaliyyət göstərir.

Biz hər gün hörmətli müştərilərimizin ən yaxşı şəkildə qəbul edilməsi və onlara ən yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi üçün mağazalarımızın təkmilləşdirilməsi üzərində çalışır, valideynlər və onların övladlarının istəklərinə diqqətlə yanaşırıq. Alıcıların rahatlığı üçün hər dəfə çeşidlərimizi artırırıq, Siz lazım olan hər bir şeyi bizdə tapa bilərsiniz. Artıq bütün şəhərdə axtarmalı olmayacaqsınız. Hər şey -«Panda Kids» -dədir!